“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55
15 Dekabr 21:55
15 Dekabr 21:39
15 Dekabr 16:39
2 Dekabr 2023 13:49
2 772
Qazaxıstanda hava daşımaları bazarının cəlbediciliyini artırmaq məqsədilə “açıq səma” rejimi təkmilləşdirilir.
Trend xarici KİV-lərə xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin “açıq səma” rejimi barədə əmrinə dəyişiklik olunub.
Dəyişikliyə əsasən, xarici aviakompaniyalar Qazaxıstanın böyük şəhərlərinə məhdudiyyətsiz uçuşlar həyata keçirmək hüququ əldə edib.
“Rəqabətin inkişafına yönələn bu addım gələcəkdə aviabiletlərin qiymətinin ucuzlaşmasına, xidmətin yaxşılaşmasına və uçuşların coğrafiyasının genişlənməsinə töhfə verəcək”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, “açıq səma” rejimi Qazaxıstanın Astana, Almatı, Aktau, Aktobe, Karaqandı, Kokşetau, Pavlodar, Petropavlovsk, Semey, Taraz, Türküstan, Ust-Kamenoqorsk və Çimkənd hava limanlarında fəaliyyət göstərəcək.