Klinton kampaniyası FTB-ni “ikili standartlarda“ ittiham edir Dünya

Klinton kampaniyası FTB-ni “ikili standartlarda“ ittiham edir

Prezidentliyə namizəd Hillari Klintonun kampaniyası FTB direktoru James Komeyi namizədin e-mail istifadəsi ilə bağlı yeni təhqiqatda "açıq-aşkar ikili standartlarda" ittiham edib. Kampaniya şərhi ABŞ kütləvi informasiya vasitələrinin cənab Comeyin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, o cümlədən e-maillərə haker hücumuna görə ictimai ittiham edilməsinə qarşı olması ilə bağlı xəbərlərindən sonra verib. Məlumata görə, cənab Komeyin narahatlığı informasiyanın məhz seçkilərin yaxınlaşdığı vaxtda yayılması ilə bağlıdır.
Federal Təhqiqatlar Bürosu BBC-yə şərh verməkdən imtina edib.
Komeyin imzalamaqdan imtina etdiyi bildirilən bəyanat, oktyabrın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Milli Kəşfiyyat Direktoru İdarəsi tərəfindən yayımlanıb.
"ABŞ kəşfiyyat ictimaiyyət əmindir ki, Rusiya hökuməti ABŞ şəxsləri və təşkilatları, o cümlədən, ABŞ siyasi təşkilatları tərəfindən göndərilmiş məktubların son kompromislərini idarə edib… Bu oğurluqlar və ifşa olunmalar ABŞ seçki prosesinə müdaxilə etmək üçün nəzərdə tutulub,"- bəyanatda bildirib.
Komey bəyanatla razılaşıb, lakin seçkilərdən əvvəl ictimailəşdirilməsini istəməyib. ABŞ kütləvi informasiya vasitələri məlumat verir. İddialar var ki, rus hakerlər seçki nəticələrini Donald Trumpun xeyrinə dəyişmək üçün Demokratları hədəfləyib.
Klintonun seçki kampaniyasının meneceri, Robby Mook təqdimat məruzəsində Komeyi Hillari Klintonun tərəfdarlarına tətbiq etdiyi standartları Donald Trumpun tərəfdarlarına da tətbiq etməyə çağırıb. Komey cümə günü seçkilərə 11 gün qalmış FTB-nin xanım Klintonun şəxsi elektron poçt serveri ilə bağlı araşdırması ilə əlaqəli olduğu ehtimal edilən yeni elektron məktubları araşdırdığını elan etdikdən sonra sərt reaksiy ilə üzləşib.
Klintonun vəkilləri Dövlət Departamentinə 30 min işlə əlaqəli e-mail təqdim edib. Ancaq onun kampaniyası daha 33 min mesajı silib. Onlar bildirir ki, silinən e-maillər şəxsi xaraker daşıyıb. Komey iyul ayında xanım Klintonun məxfi informasiyanın öhdəsindən gəlməkdə "son dərəcə ehtiyatsız" olduğunu deyib. O, heç bir ittiham üçün əsas olmadığını da qeyd edib.
Lakin cümə günü, o, Konqresə bildirib ki, əvvəlki sorğusuna "münasib" ola biləcək təzə məktublar barədə öyrənib və FTB araşdırması yenidən başlayıb. Ayrıca istintaqda müəyyən edilən son məktublarda Şimali Karolinada sabiq konqresmen Anthony Veinerin 15 yaşlı qıza qanunsuz mesaj göndərdiyi bildirilir. Bazar ertəsi Trump bildirib ki, FTB itkin düşmüş məktubların mənbəyini tapacaq. Trump ümid edib ki, Demokratik namizədin 33 min silinmiş e-maili bərpa ediləcək.
Xanım Klinton mitinqdə gizlətməyə heç nəyinin olmadığını bildirib. Komey və Baş Prokuror Loretta Lynch qeyd ediblər ki, onlar yeni tapılmış elektron məktublar üzərində cəld işləyirlər. Bundan əvvəl Prezident Barak Obamanın mətbuat katibi bildirib ki, prezident cənab Komeyin bəyənatı ilə gizlicə seçkilərə təsir göstərmək istədiyindən şübhələnmir. Onun sözlərinə görə, Ağ Ev FTB qərarını nə müdafiə edəcək, nə də tənqid edəcək.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.