Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişir
Sürücülük hüququ olmayanların törətdiyi qəzalarda 66 nəfər ölüb
46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir
Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma müəyyənləşir
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək
19 Aprel 2024 11:41
2 191
Təl-Əviv İsrail ordusunun aprelin 19-da İran ərazisinə hava zərbəsi endirdiyini təsdiqləyib.
Trend xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə İsrail nümayəndəsinə istinadən məlumat yayıb.
O, zərbənin İranın İsrailə raket və PUA hücumlarına cavab olduğunu vurğulayıb.
Hücumun İrana nə qədər ziyan vurduğu hələ aydın deyil. İsrail rəsmisi, eyni zamanda, bunun Təl-Əvivin Tehranı İranın daxilindəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğuna inandırmaq məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, bir müddət öncə, ABC telekanalı İsrailin İrandakı bəzi obyektlərə raket hücumu həyata keçirdiyi barədə məlumat yayıb. Eyni zamanda, “Fars” agentliyi İsfahan şəhərinin hava limanı yaxınlığında partlayış səslərinin eşidildiyini yazıb.