“İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək” Dünya

“İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək”

“Qəzzanın gələcəyi ilə bağlı iki təklif mövcuddur. Birinci təklif bundan ibarətdir ki, Qəzza Həmasın rəqibi - Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin idarəetməsinə verilsin”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib: “Tel-Əviv bu təklifə o şərtlə razılaşa bilər ki, Fələstin Azadlıq Təşkilatı Qəzzada Həmasın varlığına imkan verməsin. Ancaq bu təminatı kimsə vermək iqtidarında deyil. Vaxtilə Həmas silah yoluyla Fələstin Azadlıq Təşkilatını Qəzzadan uzaqlaşdırmağa müvəffəq olub. Həmas bunu yenə təkrarlaya bilər. İkinci təklifi Ərəb Liqası irəli sürüb və bu təklifə görə, Qəzzada BMT bayrağı altında sülhməramlı qüvvələr yerləşdirilməlidir. Ancaq bu təklifin də mexanizmi tam bəlli deyil. Tutaq ki, BMT qüvvələri bölgədə yerləşdirildi, idarətmə kimin səlahiyyətində olacaq?
Beləliklə, Qəzzanın gələcəyi ilə bağlı suallar cavabsız qalıb. İsrailin yeganə alternativi məsələnin köklü həllinə razılaşmaq, Fələstinin müstəqilliyini tanımaqdır. Aydındır ki, qatı müfahizəkar siyasətçi olan Benyamin Netanyahu buna razılaşmayacaq. Ümid İsraili idarə edəcək gələcək liderlərədir. İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək və Tel-Əvivin müxtəlif dövlətlərlə münasibətləri normallaşmayacaq”.