“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
11 İyun 2024 16:09
2 471
Almaniya yaxın vaxtlarda Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.
APA-nın məlumatına görə, bunu Berlində Ukraynanın Bərpası üzrə Konfransdakı çıxışında Almaniyanın Kansleri Olaf Şolts bildirib.
O deyib ki, Ukraynaya həmçinin “IRIS-T”, “Gepard”, eləcə də bir neçə komplekt raket və silah-sursat göndəriləcək. Kansler həmçinin, bu dəstəyin məqsədini açıqlayıb:
“Hazırda Ukrayna ordusunun daha çox silah-sursata, xüsusilə də Hava Hücumundan Müdafiə sistemlərinə ehtiyacı var. Bu səbəbdən də yaxın həftələr və aylar ərzində biz sayca üçüncü “Patriot” sistemini bu ölkənin istifadəsinə göndərəcəyik. Rəsmi Kiyevə həmçinin əlavə silah-sursat da təhvil verilməsi planlaşdırılır. Bunu ona görə edirik ki, Rusiya və Putin qələbə qazanmağın mümkünsüzlüyün dərk etsin. 2022-ci il fevralın 24-dən etibarən ölkəmiz Ukrayna tərəfinə 30 milyard avro məbləğində hərbi dəstək göstərib”.
31 Mart 22:26
1 008
31 Mart 21:21
1 036
31 Mart 20:49
1 036