Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
12 İyul 2024 14:20
3 423
Gürcüstan əhalisinin xarici vəsaitin ölkə siyasətinə təsir göstərilməsi üçün istifadə edildiyini bilməyə haqqı var.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O bildirib ki, Avropa ölkələrinin Gürcüstana maliyyə yardımını dayandırmaq qərarının səbəbi xalqın qəbul edilən qrantların hansı təşkilatlara və nə məqsədlə yönəldiyini bilmək istəməsidir.
“Biz baxmalıyıq ki, bu qərarlara səbəb nə olub. Səbəb Gürcüstan əhalisinin Fransa, Böyük Britaniya, Polşa, Finlandiya kimi ölkələrdən Gürcüstana qrant axınını izləməkdə maraqlı olmasıdır. Onlar dedilər ki, əgər siz bizim şəffaf olmağımızı istəsəniz, o zaman maliyyələşdirməni dayandırarıq. Belə münasibət təəssüf doğurur. Şəffaflıq həm ölkə daxili inkişafın, həm də digər ölkələrlə əlaqələrin əsasını təşkil edir. Gürcüstan xalqının da fransızlar, almanlar, finlər, amerikalılar və ingilislər kimi Gürcüstana maliyyə axını və siyasi təsir üçün vəsaitin ayrılması barədə məlumat almaq hüququ var", - Papuaşvili qeyd edib.
26 Sentyabr 12:57
987
26 Sentyabr 12:51
966
25 Sentyabr 17:59
1 162