“Türkiyə Silahlı Qüvvələri imkanlarını daha da artıracaq” Dünya

“Türkiyə Silahlı Qüvvələri imkanlarını daha da artıracaq”

“Türkiyə-Qətər ikitərəfli hərbi əlaqələri çərçivəsində regional sülhə töhfə vermək məqsədilə 2015-ci ildə Tarik Bin Ziyad kazarmasında yerləşdirilən Türkiyə Quru Komponent Komandanlığının hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlərini uğurla davam etdirilir”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında deyib: “Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvələr Komandanlığı tərkibində Dəniz və Hava Komponenti Komandanlıqlarının qurulduğunu ifadə edən Aktürk bildirib ki, yerli və milli müdafiə sənayesi texnologiyası, təcrübəsi, mühəndis infrastrukturu və layihə idarəetmə sistemləri ilə Türkiyə Silahlı Qüvvələri imkanlarını daha da artıracaq.