Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
Çin istehsalı olan şüşə fincanlarda ağır metallar aşkarlanıb, əhaliyə çağırış edilib
5 Avqust 2024 11:32
2 191
G7 ölkələri Yaxın Şərqdə artan gərgin vəziyyətdən narahatlığını ifadə edib.
APA xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb.
"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirləri və Aİ-nin Ali Nümayəndəsi regionda daha geniş münaqişəni alovlandırmaq təhlükəsi daşıyan Yaxın Şərqdə gərginliyin artması ilə bağlı dərin narahatlığımızı ifadə edirik".
XİN rəhbərləri bütün tərəfləri zorakılıqdan çəkinməyə, gərginliyi azaltmağa və de-eskalasiya istiqamətində konstruktiv şəkildə işləməyə çağırıb.
G7 XİN rəhbərləri vurğulayıb ki, Yaxın Şərqdə eskalsiyanın daha da artması heç bir ölkəyə fayda verməyəcək.