Sudanda daşqınlar nəticəsində 32 nəfər ölüb Dünya

Sudanda daşqınlar nəticəsində 32 nəfər ölüb

Sudanda iyun ayından bəri ölkənin 7 əyalətində baş verən leysan və daşqınlar nəticəsində 32 nəfər həyatını itirib.

APA xəbər verir ki, Şimali Afrika ölkəsi olan Sudanda Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkənin 18 əyalətindən 7-si yağış və daşqınlardan zərər çəkib.

İyun ayından bu yana ölkədə yağan sel və yağışlar nəticəsində 32 nəfərin həyatını itirdiyi, 107 nəfərin yaralandığı, 5 min 575 evin isə qismən və tamamilə dağıldığı bildirilib.

Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlar zamanı yaranmış daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.