22 May 17:35
19 Avqust 2024 09:04
2 240
Qəzza zolağının şimalındakı əsas xəstəxanalardan biri elektrik generatorları üçün yanacaq çatışmazlığı səbəbilə fəaliyyətini dayandırır.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibb müəssisəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
Əl-Avda xəstəxanasının direktoru Məhəmməd Salehin sözlərinə görə, tibb müəssisəsi elektrik generatorları üçün yanacaq almasa, 24 saat ərzində fəaliyyətini dayandıracaq.
"Bütün əməliyyatlar, ümumilikdə 56 əməliyyat təxirə salınıb. Yanacaq tezliklə verilməsə, xəstələrdə qanqren və iltihab yaranacaq. Nəticədə ya əzalarını kəsəcəklər, ya da öləcəklər. Qeysəriyyə əməliyyatı da risk altında olan bölmələrdəndir”, - deyə o bildirib.
Bundan əlavə, telekanal Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında da yanacaq çatışmazlığından xəbər verib. Bu tibb müəssisəsi də yanacaq və dərman çatışmazlığı səbəbilə növbəti 24 saat ərzində fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.
22 May 21:59
994
22 May 21:59
1 141
22 May 20:34
1 148