BMT Baş katibinin müavini: Azərbaycan WUF13-ü yüksək səviyyədə keçirdi Siyasət

BMT Baş katibinin müavini: Azərbaycan WUF13-ü yüksək səviyyədə keçirdi

WUF13-ü yüksək səviyyədə keçirdiklərinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm.

APA xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində çıxışında deyib.

Baş katibin müavini bildirib ki, Qarabağ və digər ərazilərdə aparılan yenidənqurma işləri, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası həmin ərazilərin sosial həmrəylik, mədəni inkişaf və iqtisadi artım mərkəzlərinə çevrilməsinə xidmət edir.

O qeyd edib ki, Azərbaycanın 2026-cı il üzrə “Şəhərsalma və Memarlıq İli” təşəbbüsü idarəetmə məsələlərini qlobal gündəmə çıxarmaqla yanaşı, qədim ənənələrlə müasir yanaşmalar arasında balans yaradır.

Əminə Məhəmməd vurğulayıb ki, iqlim dəyişiklikləri və urbanizasiya təzyiqləri dünyada təsirlərini daha da artırır.

BMT rəsmisi həmçinin UN-Habitat və BMT sisteminin əməkdaşlarına forumun uğurla keçirilməsində göstərdikləri peşəkarlığa və fədakarlığa görə təşəkkür edib.

O əlavə edib ki, bu gün bəşəriyyətin böyük hissəsi şəhərlərdə yaşayır və şəhərlər insanların həyat reallıqları əsasında formalaşdırılmalıdır.