16:04
770
WUF13 tarixində ilk dəfə olaraq QHT Forumu keçirilib və burada 100-dən çox ölkədən təxminən 800 iştirakçı bir araya gəlib.
APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, bu mühüm platforma vətəndaş cəmiyyətinin, yerli icmaların və ictimai əsaslı təşkilatların inklüziv, dayanıqlı və insan mərkəzli şəhər gələcəyinin formalaşdırılmasında vacib rolunu nümayiş etdirib: "QHT Forumu dayanıqlı davamlılıq və qlobal əməkdaşlığa dair Bakı Bəyannaməsini qəbul edib”.
Anar Quliyev əlavə edib ki, WUF13 çərçivəsində tətbiq edilən ən mühüm yeniliklərdən biri Biznes və İnnovasiya Mərkəzinin yaradılması olub.