15:15
756
17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi keçirilir.
Mərasimdə eyni zamanda Forumunun 14-cü sessiyasının (WUF14) ev sahibi tərəfinə təhvil verilir.
Qeyd edək ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunub.
Hər iki ildən bir UN-Habitat tərəfindən keçirilən Ümumdünya Şəhərsalma Forumu urbanizasiya məsələlərinə həsr olunan ən nüfuzlu qlobal konfrans hesab olunur. Forum dünyanın müxtəlif ölkələrindən geniş iştirakçı auditoriyasını bir araya gətirərək dünyanı narahat edən əsas şəhər problemlərini müzakirə edir.
Forumun 14-cü sessiyası Meksikada keçiriləcək.