Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub
ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb
Qriqoryan: Ermənistanla Azərbaycan arasında sülh institutsional addımlar tələb edir
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
10 Sentyabr 2024 12:55
2 457
“Ukrayna prezident Volodimir Zelenski Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyinin artırılması məqsədilə sentyabrın 6-da ABŞ-ın Almaniyadakı “Ramştayn” aviabazasında Ukraynanın müdafiəsi məsələləri ilə bağlı Təmas qrupunun iclasında iki əsas istəyini səsləndirib. Zelenski Qərb ölkələrinin Ukraynaya daha çox hərbi texnika göndərməsini və ölkəsinə verilən raket qurğularından Rusiyanın içərilərinə doğru zərbələr endirilməsinə icazə verilməsini istəyib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki,
başqa ABŞ olmaqla Ukraynaya göndərilən hərbi texnikanın həcmini artıracaqlarını vəd ediblər: “Ancaq ikinci məsələylə bağlı ABŞ-ın müdafiə naziri Lloyd Ostin Zelenskiyə müsbət cavab verməyib.
Ukrayna prezident Volodimir Zelenski Almaniyadan sonra İtaliyaya səfər edərək bu ölkənin baş naziri Corciya Meloni ilə görüşüb. İtaliyanın baş naziri sentyabrın 7-də Beynəlxalq Çernobbio Forumunda çəçivəsində Volodimir Zelenski ilə görüşündə Çin və ya Hindistanın Rusiya-Ukrayna münaqişəsinin həllində rol oynaya biləcəyini söyləyib. “Çin və Hindistanın bu münaqişənin həllində rolu ola bilər” deyən Meloni eyni zamanda Ukraynayı tək buraxmayacaqlarının vədini verib. Meloni forumdakı çıxışında “beynəlxalq hüququn qaydaları ləğv edilərsə, böhranlar və xaos çoxalacaq” fikrini səsləndirib...”.