Rusiya-Ukrayna müharibəsi: Rusiyanın resursları azalır?
11 Mart 23:50
11 Mart 23:50
11 Mart 23:40
7 Oktyabr 2024 09:43
3 241
Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Daily Telegraph” Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadla məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni immiqrant var ki, bu da Fransadan təxminən 2,5 dəfə çoxdur. Fransada 300 minə yaxın qeyri-qanuni miqrant var.
Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-qanuni miqrantın yaşadığı Almaniya tutur.
İlin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni immiqrant La-Manş boğazı boyunca qayıqlarla gəlib. Bu da eyni dövr üçün ötən ilin göstəricilərindən 5 faiz çoxdur. Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub - bu il rekord yüksək gündəlik göstəricidir.
11 Mart 23:04
1 064
11 Mart 21:55
1 057
11 Mart 21:54
1 085