Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
8 Oktyabr 2024 16:55
2 912
Ermənistanın Baş Prokurorluğu məhkəmədən ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus əmlakların müsadirəsini tələb edir.
APA-nın Ermənistan KİV-ə istinadən xəbərinə görə, məhkəməyə bu barədə rəsmi müraciət olunub.
Müsadirə olunmalı olan aktivlərin arasında 14 daşınmaz əmlak, 8 nəqliyyat vasitəsi, 5 şirkətdə iştirak payı və 13 milyon dollar məbləğində vəsait var.
Sözügedən şəxs və oğanları 2018-ci ildən hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb və onların fəaliyyəti ilə bağlı araşdırma başlanılıb. Aleksandr Sarkisyan 2021-ci ildə barəsində başlanmış cinayət işi üzrə dövlətə 7 milyon dollar vəsait ödəyib.
Qeyd edək ki, o, həmçinin müxtəlif dövlət müəssisələrinin payını qanunsuz olaraq əldə etməkdə və onların gəlirinin 50 fazini mənimsəməkdə təqsirləndirilir.
12 Dekabr 23:14
525
12 Dekabr 22:22
630
12 Dekabr 21:15
882