Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40

Vüqar Dadaşov: “İsrailin Türkiyə qarşı heç bir planları yoxdur”
Elşən Manafov: “İsrailə münasibətdə bəlli qanunlar işləmir”
Bir neçə gün öncə İsrailin maliyyə naziri Bezalel Smotriç “Vəd edilmiş torpaqlar” məqsədindən danışarkən hədəf ölkələri bir-bir sadalayıb. Smotriç ölkə sərhədlərini Türkiyəyədək genişləndirmək istəyində olduqlarını bildirib.
Nazir sərhədləri İordan çayının o biri tərəfinə qədər uzanacaq “Böyük İsrail”i təsvir edib.
Rejissor Jerem Seskenin çəkdiyi “İsrail: Xaos nazirləri” adlı sənədli filmdəki çıxışında Smotriç bildirib ki, İsrailin suverenliyi altında olan sərhədlər indiki vəziyyətlə məhdudlaşmayacaq. Nazirin “Mən yəhudi dövləti istəyirəm” ifadəsinin ardınca aparıcı bunun nə demək olduğunu soruşub. Smotriç ona “Yəhudi dövləti. Bu, olduqca mürəkkəbdir. Yəhudi xalqının dəyərlərinə görə idarə olunan dövlət” cavabını verib.
Jurnalist İsrail nazirinə belə bir sual da ünvanlayıb: “İsrailin suverenliyi dənizdən İordaniyaya qədərdir? Hamısı budur, yoxsa daha sonra İordan çayının o biri tərəfi də fəth ediləcək?”
Smotriç buna “yavaş-yavaş” cavabını verib: “Müdariklərimizin kitablarına görə, Yerusəlimin (Qüds) gələcəyi Dəməşqə qədər uzanacaq. Təkcə Yerusəlim Dəməşqə qədərdir”.
Böyük Yəhudi Dövləti anlayışı yəhudilərin müqəddəs kitablarında qeyd olunan “Vəd edilmiş torpaqlar” inancına, yəni bugünkü Fələstin, Suriya və İordaniya da daxil olmaqla, böyük bir coğrafiyada genişlənmək məqsədinə əsaslanır.
Sənədli filmdə Bezalel Smotriç barəsində belə bir ifadə işlədilib: “O, vəd edilmiş torpaqlar haqqında ifrat fikirlərə varır”.
Smotriçin sərhədlərini təsvir etdiyi “Böyük İsraili”n xəritəsi də dərc olunub. Bura İordaniya, Suriya, Livan, İraq, Suriya, Fələstin və Səudiyyə Ərəbistanı daxildir. Türkiyə xəritədə yer almayıb.
Politoloq Vüqar Dadaşov "Xalq Cəbhəsi"nə deyib ki, son yayılan məlumatlarda İsrailin Yaxın Şərq müharibəsində hədəfə götürdüyü əsas altı liderlərin adlalı verilib.
İranın ali dini rəhbəri Əli Xamneyi, İranın "Əl-Qüds" korpusunun komandanı İsmayıl Qəəni, "Həmas" lideri Yəhya Sinvar, "Hizbulla" ın yeni seçilmiş lideri Haşim Seyfəddin, İraq şiələrinin lideri Əli Sistani
və Yəmən Husilərinin lideri Əbdülməlik Əl-Husi bu altı nəfərdən ibarət siyahıya daxildir: "Bir neçə gün əvvəl, İsrailin maliyyə naziri Bezalel Smotriç “Vəd edilmiş torpaqlar” məqsədindən danışarkən hədəf ölkələri bir-bir sadalayıb. Smotriç ölkə sərhədlərini Türkiyəyədək genişləndirmək istəyində olduqlarını bildirib və İordan çayının o biri tərəfinə qədər uzanacaq “Böyük İsrail”i təsvir edən xərtiə təqdim edib. Xəritəyə Fələstin, Livan, Suriya, İraq, İordaniya və Misir torpaqıarı daxildir. Türkiyə prezidenti cənab Ərdoğan isə İsrailin Türkiyə qarşı da planların olduğunu bildirib. Ancaq, İsrail Türkiyə qarşı İsrailin heç bir planının olmadığını rəsmi şəkildə elan edib. Qənaətimə görə İsrailin Türkiyə qarşı heç bir planları yoxdur. Əvvəla, hərbi baxımdan, İsrail Türkiyə ilə savaşdan məhv ola biləcəyinin fərqindədir. Digər tərəfdən Türkiyə NATO-nun üzvüdür və İsrail əsas müttəfiqi ABŞ İsrailə Türkiyə arasında açıq müharibənin baş tutmasına imkan verən deyil. O ki, qaldı İsrailin planları və əməliyyatlarına, müharibə davam etdiriləcək.
Ermənistan baş naziri Paşinyanın Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya veriləcəyi haqqında açıqlaması, əlbəttə ki, qlobal dünya bölgüsünün bir parçası və əlaqəli proseslər kimi, böyük gücləri Yaxın Şərqdə müharibənin davamına maraqlı edir, çünki dava orta koridora kimin nəzarət məsələsidir. O ki qaldı, Türkiyə prezidenti cənab Ərdoğanın səsləndirdiyi İsrailin Türkiyə planlarına, heç şübhəsiz ki, Türkiyə hər varianta hazır olduğunu göstərərək, həm də islam aləminin birliyinin vacibliyinə işarə edir".
Politoloq Elşən Manafovun fikrincə, Şmotriç Netenyahu hökumətində maliyyə naziri kimi məsul vəzifədə çalışır və o rəsmi Təl-Əvivi təmsil etmək səlahiyyətlərinə malikdir. Fransanın Arte kanalına onun verdiyi müsahibə İsrailin xarici siyasətinin ekspansionst mahiyyətindən xəbər verir, zira bu müsahibədə beynəlxalq birliyin suveren və müstəqil dövlətlər kimi tanıdığı bəlli ərəb ölkələrinə, habelə İran və Türkiyəyə münasibətdə ərazi iddiaları var, ən azı bu müsahibəyə görə İsrail hökuməti bəlli dövlətlər və beynəlxalq birlik qarşısında hesabat verməli, üzr istəməlidir. Əks halda qarşı tərəfin İsraili beynəlxalq məhkəməyə vermək, ona qarşı sanksiyaların tətbiq edilməsini tələb etmək hüququ var.
Belə bir açıqlama ilə hər hansı dövlətin siyasi rəhbərliyi çıxış etsə idi, ona qarşı beynəlxalq hüququn norma və prinsiplərinə nəzən cəzalandırıcl tədbirlər görulə bilərdi. Lakin, İsrailə münasibətdə bəlli qanunlar işləmir, bunun isə başlıca səbələri İsrailin ekspensionist siyasətinə kollektiv Qərbin dəstək verməsidir. İsrailin bəlli layihəni adiçəkilən dövlətlərə munasibətdə realizə edilməsi üçün nə kifayət qədər maliyyə, nə də iqtisadi, demokrafik resursları var.
Ərəb ölklərinin istər ayrı-ayrılıqda, istərsə də, birlikdə İsrailə qarşı cixış etmək, müqavimət gostərmək imkanlarl var. Türkiyə və İran isə bölgənin ən tanınmış və güclü dövlətləri olaraq İsrailin bu ölklərə olan hücumlarının qarşısını almaq iqtidarında olan dövlətlərdirlər.Sadəcə Sadəcə İsrail ekspansiyasının arxasında kollektiv Qərbin bölgə ilə baglı geosiyasi maraqları var, dünya nizamına bu fərqli baxışları qlobal Cənub Rusiya, Çin, İran, BRİKS təşkilatı daxil olmaqla bölüşmür, hazırda dərinləşməkdə olan geosiyasi böhranın əsl səbəblərindən biri də məhz budur.
Türkiyəyə gəlincə o hələlik mübarizənin hərbi güc müstəvisi üzərinə keçməsində maraqlı deyil, ona görə də İsrailə qarşı mübarizənin embarqo və iqtisadi sanksiyalar vasitəsilə aparılmasının tərəfdarıdır”.
Cavid