“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
31 Oktyabr 2024 08:16
2 828
İsrail hərbçiləri cümə axşamı Livanın şərqindəki ərazilərə hava hücumlarını davam etdirib.
APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə İsrail ordusu Livanın şərqindəki Bekaa vadisindəki tarixi Baalbek bölgəsində iki şəhərə yeni hücumlar həyata keçirib və nəticədə 8-i qadın olmaqla azı 19 nəfər həlak olub.
Bundan əvvəl İsrail ordusu Hərbi Hava Qüvvələrinin Baalbek və Nəbatiyyə bölgələrində “Hizbullah” hərəkatının qərargahına hücum etdiyini açıqlamışdı.