
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiya yeni “Oreşnik” raketinin buraxılması ilə Qərbə siqnal verdi ki, ibrət götürün.
Bu fikri Associated Press-ə müsahibəsində Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun hərbi elmlər üzrə direktoru Metyu Savill bildirib.
O vurğulayıb ki, dünənki hadisə Ukraynaya yox, məhz Qərbə siqnaldır. "Orta mənzilli ballistik raketlər yarışmasına qatılacağımız üçün həyəcanlıyıq. Bu, həqiqətən, sizin gözə almaq istədiyiniz riskdirmi?" – ekspert onun mahiyyətini açıqladı.
Xatırladaq ki, cümə axşamı axşam Rusiya prezidenti Vladimir Putin xüsusi müraciətində bildirmişdi ki, Rusiyanın ən yeni orta mənzilli raket sistemlərindən biri olan “Oreşnik” döyüş şəraitində uğurla sınaqdan keçirilib. Onun köməyi ilə Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi sənaye kompleksinin obyektlərindən birinə zərbə endirib. Bu, Qərbin uzaqmənzilli silahlarının ölkəmizin ərazisindən istifadəsinə cavab idi.
Cavid