
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İstanbulun Bəyoğlu rayonunda bir şəxs anasını döyərək öldürüb.
Xalqcəbhəsi.az-ın məlumatına görə, bu haqda Türkiyənin “hurriyet.com.tr” saytı xəbər paylaşıb.
Məlumatda qeyd edilir ki, hadisə bazar günü səhər saatlarında baş verib. Əldə edilən məlumata görə, 57 yaşlı E.İ. polisə zəng edərək anasının yerdə hərəkətsiz yatdığını bildirib. Hadisə yerinə polis və tibb qrupları göndərilib. Tibb qrupları kürəyi üstə hərəkətsiz uzanan 79 yaşlı M.S.-nin öldüyünü müəyyən ediblər.
Bəyoğlu Asayiş Büro Komandirliyi qrupları E.İ-nin əllərində şişkinlik olduğunu təsbit ediblər. O isə bildirib ki, gecə anası ilə mübahisə edib, sonra yatıb və səhər yuxudan oyanan zaman anasının hərəkətsiz vəziyyətdə olduğunu görüb.
Şübhəlinin anası ilə arasında mübahisə yaşandığı, sonra mübahisənin davaya çevrildiyi və E.İ tərəfindən qadının öldürüldüyü öyrənilib. O, qəsdən adam öldürmə səbəbindən həbs edilib.