Nazir müavini: Zəngəzur dəhlizi regional ticarətin potensialını böyük ölçüdə artıracaq
İşsizlərin icbari tibbi sığorta haqqını özlərinin ödəyəcəyi barədə məsələyə aydınlıq gətirilib
Ərdoğan Türkiyə-Şimali Kipr münasibətlərinin gələcəyindən danışıb
Antalyadan Permə uçan təyyarə texniki nasazlığa görə geri qayıdıb
6 Dekabr 2024 17:09
2 709
Vəziyyət getdikcə pisləşir. Xümsün itirilməsi təhlükəsi artıq realdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik Boris Rojin deyib.
Onun sözlərinə görə, Xümsün itirilməsi çox güman ki, ortamüddətli perspektivdə Suriyanın indiki sərhədləri daxilində parçalanmasına gətirib çıxaracaq:
“Vəziyyəti İran və İraq qoşunları dəyişdirə bilərdi, lakin iranlıların yerləşməsi üçün hələ vaxt lazımdır və iraqlılarla qoşunların yerləşdirilməsi ilə bağlı hələlik razılıq əldə olunmayıb. Rusiya Ukraynada olduğuna görə indi Latakiyanın müdafiəsi üçün böyük kontingent ayıra bilmir ki, bu da ərazidəki iki bazanın taleyini sual altında qoyur. Onların itkisi Rusiya üçün böyük strateji məğlubiyyət və Yaxın Şərq və Afrikada uzunmüddətli nəticələrə səbəb olar”.