Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
24 Dekabr 2024 19:10
2 835
Şərqi Aralıqda maraqlarımızı qorumaq üçün gələcəkdə Suriya ilə dəniz sərhədinin demarkasiyası sazişi imzalamağı planlaşdırırıq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu məlumat verib.
"Gələcəkdə çox güman ki, dəniz sərhədləri ilə bağlı saziş imzalanacaq və Şərqi Aralıq dənizində maraqlarımız qorunacaq. Belə bir razılaşma həm Suriyanın həmin regiondakı səlahiyyətlərini, həm də fəaliyyət sferamızı genişləndirəcək. Onun (Suriya – red.) köməyi ilə biz bu regionda karbohidrogen kəşfiyyatının bütün sahələrində beynəlxalq hüququ nəzərə alaraq hüquqlarımızı bölüşə bilərik. Təbii ki, orada həm Livan, həm də İsrail fəaliyyət göstərir və biz bunu nəzərə alırıq. Amma Suriya bizim ən yaxın qonşumuzdur və biz istəyirik ki, bu bölgədə aydın nəzarət sistemi olsun”, - deyə nazir bildirib.