ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
13 Yanvar 2025 21:23
2 051
Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam Livanın baş naziri təyin edilib və respublikanın yeni hökumətini formalaşdıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə dövlət başçısının aparatının bəyanatında deyilir.
“Prezident Cozef Aun parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Nəvaf Salama Livanın yeni hökumətini qurmağı tapşırıb”, - fərmanın mətnində deyilir.
Bundan əvvəl Salam 128 deputatdan 85-nin dəstəyini qazanıb, parlamentin yalnız 9 üzvü onun rəqibi, baş nazir səlahiyyətlərini icra edən Nəcib Miqatiyə səs verib, qalanları isə hər hansı namizədi dəstəkləməkdən imtina edib.
Diplomat və hüquqşünas olan 71 yaşlı Navaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinin üzvü seçilib və 6 fevral 2024-cü ildə qurumun prezidenti olub.
Salam Beyrut aristokrat ailəsinə mənsubdur və onun əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.
15 Mart 11:56
1 533
15 Mart 11:55
1 295
15 Mart 09:24
1 330