İsrail rəsmiləri ABŞ-ın yeni mövqeyindən narahatdır
18 Aprel 13:08
18 Aprel 13:08
18 Aprel 13:02
20 Yanvar 2025 18:14
2 156
Rusiya Prezidenti Vladimir Putin Donald Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.
Xalqcebhesi.az xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib.
Putin Trampın və onun komandasına daxil olan şəxslərin bəyanatlarından onların Rusiya ilə birbaşa əlaqələrin bərpa olunması arzusunu gördüklərini deyib.
“Həmçinin, Trampın üçüncü dünya müharibəsinin başlanmasına imkan verməmək üçün hər şeyi etməyə hazır olması barədə bəyanatını eşitdik. Sözsüz ki, biz bu mövqeni alqışlayırıq”, - deyə o vurğulayıb.
Putin onu da əlavə edib ki, ABŞ və Rusiya arasında dialoq iki ölkənin mühüm rolu nəzərə alınaraq, bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın bu gün andiçmə mərasimi keçiriləcək.
18 Aprel 11:28
1 442
17 Aprel 19:39
1 925
17 Aprel 19:36
1 883