Fransa Makronu seçdi Dünya

Fransa Makronu seçdi

Fransa prezident seçkilərində mərkəzçi Emmanuel Makron ifrat sağçı Marine Le Peni böyük fərqlə məğlub edib. Nəticələrə əsasən 39 yaşlı Makron səslərin 66.06 faizini toplayaraq 33.94 faiz qazanmış Marine Le Peni məğlub edib və Fransanın ən gənc prezidenti olub. 1958-ci ildə yaranmış müasir respublikanın ənənəvi siyasi partiyalarının namizədi olmayan ilk prezidentidir.
Makron Fransanın tarixində "Ümid və yenilənmiş inamın səhifəsi" olmaq istədiyini deyib. Fransanın daxilində mövcüd olan "bölücü qüvvələrə" qarşı mübarizə aparmağı vəd edən cənab Macron, Fransanın birliyini təmin etməyə və Avropanı müdafiə etməyə öz "qarantiyasını" verib. Öz çıxışında məğlub edilmiş xanım Le Pen ona səs vermiş 11 milyon insana təşəkkür edərək, seçkinin ölkədəki "qlobalistlər və patriotlar" arasında olan bölünməni göstərdiyini deyib.
Məğlubiyyətini qəbul edən ifrat sağçı lider onun rəhbərlik etdiyi Milli Cəbhə partiyasında "dərin dəyişikliklər" başlayacağını və növbəti parlament seçkilərinə hazırlaşacağını bəyan edib. O, Makrona üzləşdiyi "nəhəng problemləri" həll etməkdə uğurlar arzulayıb.
O da bildirilir ki, prezident seçkilərinin birinci turunda rəqiblərin topladıqları səs arasında elə də böyük fərq olmayıb. Hərçənd keçirilən sorğularda Makronun qəlib gələcəyinə dair şübhə qalmamışdı. Politolioqlar düşünürlər ki, Brexitdən əvvəl artıq kimin qalib olacağına dair fikirlər formalaşmışdı. Bundan başqa, Fransa əhalisinin böyük hissəsi hələ də "Milli cəbhə" partiyasının ksenofobiya və hətta faşist qruplaşması olduğunu düşünür. Məhz bu səbəbdən bu partiyanın liderinə, yəni Marin Le Penə səs verməkdən ehtiyat ediblər. Lakin çoxsayda bülletenlərin boş olması onu göstərir ki, Fransa seçkilərdə namizəd olan tərəflərdən heç birini tamamilə dəstəkləməyib.
Fransada adətən seçkiqabağı sakitlik müqəddəs hesab olunur. Səsvermədən əvvəl son gün bütün təbliğatlar dayandırılır. Əks halda, böyük miqdarda cərimələr tətbiq edilir. Lakin burda maraqlı bir fakt var ki, birinci turun bütün iştirakçıları içərisində yeganə olaraq Jan-Lyuk Melanşon bildirmişdi ki, xalq Makrona səs versə də, bu o demək deyil ki, onlar onun ideyalarına səs verir. Xalq sadəcə iki "şər" arasında seçim edərək daha kiçiyini seçir: "Görəcəksiniz, Makron hakimiyyətə gəlsə, tətbiq edəcəyi proqramla Fransanın bütün sosial sistemini məhv edəcək".
Bundan sonra Makron mürəkkəb çağırışlarla qarşı-qarşıya qalacaq. Nazir Najat Vallaud-Belkacemin "zəif" adlandırdığı yeni prezidentin Fransanın gələcək taleyini həll edə biləcəyi isə hələ sual altındadır. Fransanın yeni prezidenti ilə yaxından tanış olaq. Emmanuel Makron 1977-ci ilin 21 dekabr tarixində Amyen şəhərində anadan olub. Onun atası Pikardiya universitetinin nevrologiya sahəsi üzrə professoru Jan-Mişel Makrondur. Anası isə həkim Fransuaz Makron-Noqesdir.
Emmanuel Paris X-Nanter universitetində təhsil alıb. Bu universitet siyasi tədqiqatlar institutu və milli administrasiya məktəbidir. 1999-2001-ci illər arasında fransız filosof Pol Rikyörün köməkçisi olub. Makron 2004-2008-ci illər arasında iqtisadiyyat nazirliyində inspektor vəzifəsini tutub. 2007-ci ildən Jak Attalın rəhbərlik etdiyi Fransa iqtisadiyyatının inkişafının yaxşılaşdırılması üzrə komissiyada hesabatçının müavini vəzifəsini tutub. "Rothschild & Cie Banque" şirkətində investor bankir olub. Bu vəzifəyə görə maliyyə Mosartı ləqəbini alıb.
39 yaşlı Makronu uğurlu bankir adlandırırlar. O, artıq milyonlar qazana bilib. Emmanuel 2006-cı ilddə sosialistlərin cərgəsinə qoşulsa da, 2009-cu ildə partiya sıralarını tərk edib. 2012-2014-cü illər arasında prezident Fransua Ollandın yanında baş katibin müavini işləyib. Sonradan isə iqtisadiyyat naziri təyin edilib. Məhz onun dövründə "Makron qanunları" adlandırılan bir sıra liberal iqtisadi islahatlar paketi qəbul edilib. Hakimiyyət nümayəndələrinin fikrinə görə, bu qanun fransız iqtisadiyyatını dirçəltməli idi. Bu qanuna əsasən ticarət və nəqliyyat sahəsində, vəkil və notariusların iş prinsipində, əmək mübahisələri məhkəməsində, ev tikintisi və kiçik biznesdə dəyişikliklər olmalı idi. Makronun maqazinlərə bazar günü də işləməyi təklif etməsi böyük rezonansa səbəb oldu. Bir il əvvəl "İrəli" hərəkatını yaradır və na sağ nə də sol düşüncəli olduğunu elan edir. Tezliklə Emmanuel istefa verir. Mətbuat o dövrdə bu qərarın prezident seçkilərində iştirak etmək niyyəti ilə verildiyini yazırdı.
2016-cı ildə Emmanuel rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürür. Seçki platformasında Emmanuel 2022-ci ilə qədər işsizliyi 7.7 %-ə salmağa söz verib. Bundan başqa pensiya islahatları keçiriləcək. Bununla belə yaş həddi və pensiya məbləği dəyişilməyəcək. Polis üçün əlavə 10 min iş yeri açılacaq. Hərbi xərclər 2 faiz artırılacaq. Eyni zamanda əks kəşfiyyatın vahid antiterror bölməsi yaradılacaq.
Siyasətçi Aİ çərçivəsində müdafiə məsələsində gücləndirilmiş əməkdaşlığa dəvət edir. Eyni zamanda avrozona üçün vahid büdcə yaradılmasını təklif edir. Onun təhsil aldığı məktəb siyasətçilər üçün ən yaxşı təhsil ocağı sayılır. 2004-cü ildə nazirlikdə işə başlasa da, sonradan bank sahəsinə qoşulur. Amma 2012-ci ildə yenidən nazirliyə qayıdır.
Makron bankların birində işləyəndə yüksək maaş aldığı üçün tənqid edilir. Bundan başqa Emmanuel proqramını elan etmədən çoxminlik mitinqlər təşkil edirdi. Bu səbəbdən fransızların bir hissəsinin ondan xoşu gəlmir. Makron özündən 24 yaş böyük müəlliməsi ilə ailə həyatı qurub.
Makron litseydə təhsil alanda indiki arvadı Bricitə aşiq olur. Amma Bricit o dövrdə ailəli olub. Bundan başqa, müəllim-tələbə münasibəti də cinayət sayılır. Amma Makron Bricitdən əl çəkmir və qadın boşanan kimi ona evlənmə təklifi edir. Bu vaxt Makronun 17, Bricitin isə 41 yaşı olub. Cütlük 2007-ci ildə ailə həyatı qurub. Makronun anası Fulda Bricitə "oğlum 18 yaşını tamamlayana qədər ondan uzaq dur"- deyib.