Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
7 Fevral 2025 18:38
2 898
Amerikalı milyarder İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) açıq dəstək verməsindən sonra bu ölkədə “Tesla” avtomobillərinin satışlarında ciddi azalma baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniya Mühərrikli Nəqliyyat İdarəsinin məlumatında bildirilib.
Məlumatda deyilib ki, Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada yanvar ayında cəmi 1277 “Tesla” avtomobili satılıb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 60 faiz azdır. Eyni vəziyyət Avropa Birliyində və Böyük Britaniyada da müşahidə edilib. Yanvarda “Tesla”nın satışları Fransada 63 faiz, Birləşmiş Krallıqda 12 faiz azalıb.
Qeyd edək ki, İlon Maskın fevralın 23-də Almaniyada keçiriləcək federal parlament seçkiləri ərəfəsində ifrat sağçı AfD-yə dəstək çağırışı etməsi təkcə bu ölkədə deyil, Avropa Birliyində də böyük narazılığa səbəb olub.
26 Sentyabr 12:57
1 001
26 Sentyabr 12:51
980
25 Sentyabr 17:59
1 176