
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Türkiyədə terrorla mübarizə çərçivəsində aparılan işlər genişləndirilir. Bu çərçivədə Terror Təşkilatı/Paralel Dövlət Quruluşuna (FETÖ/PDY) qarşı bir sıra əməliyyatlar həyata keçirilib.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hərəkətə keçən İstanbul Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları, Tibb İxtisas İmtahanı (TUS) üçün təşkilata bağlı "Təhsil yataqxanaları" adlanan yerdə araşdırma aparıb.
Mövzu ilə bağlı aparılan araşdırmalarda FETÖ ilə əlaqəsi olduğu və təşkilati fəaliyyətlə məşğul olduğu təsbit edilən 17 fəal həkimin tutulması üçün əməliyyat keçirilib. Mərkəzi İstanbul olan 10 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlarda barəsində həbs qətimkan tədbiri seçilən 17 şübhəlinin hamısı saxlanılıb.
Təşkilatla bağlı həkimlərin evlərində aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar və təşkilati sənədlər götürülüb.
Saxlanılan FETÖ-çu həkimlər sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.