Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Serbiyanın Prezidenti Azərbaycan müdafiə nazirini qəbul edib
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Netanyahu: İsrail İrana və proksilərinə qarşı mübarizəni davam etdirəcək
18 Mart 2025 10:47
4 025
Xocalı soyqırımının İraq parlamentində tanınmasına çalışırıq.
Bunu İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi Bakıda keçirilən "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı Forumda çıxışı zamanı deyib.
"İraqla Azərbaycan arasında dil, mədəni əlaqələr, ortaq mirasımız - Füzulimiz var. Şeirimiz, mədəniyyətimiz həmişə bir olub. Türkmanlara qarşı ilk qətliam Birinci Dünya müharibəsindən sonra 1920-ci ildə ermənilər tərəfindən törədilib. 1975-ci ildə Səddam rejiminin türkman torpağını istila edib başqa ölkələrin işğalına verməsi türkmanları millət olaraq kimliyindən ayırmaq cəhdi idi. Biz İraq türkmanları olaraq, şeirimizin, mədəniyyətimizin, tariximizin gücü ilə bu torpaqlarda öz milli kimliyimizi qoruyub saxlamağa çalışmışıq. Dilimizi, tariximizi, mədəniyyətimizi əsla unutmamışıq”, - iraqlı deputat vurğulayıb.
O, Xocalı soyqırımının İraq parlamentində tanınmasına çalışdıqlarını da diqqətə çatdırıb.