

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İranın nüvə problemi yalnız sülh yolu ilə həll edilməlidir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın İranla birbaşa danışıqlar aparmaq istədiyinə dair açıqlamaları haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, Rusiya İranın nüvə dosyesindəki problemlərin yalnız siyasi və diplomatik yollarla müzakirə edilməli və həll edilməli olduğuna inanır. "İstisnasız olaraq bu belədir. Hesab edirik ki, tərəflər bütün məsələləri müzakirə edərkən təmkinli olmalı və diqqətini diplomatik səylərə yönəltməlidir. Hazırda biz ABŞ-la münasibətlərimizi bərpa etməklə məşğuluq, lakin İran həm də bizim tərəfdaşımızdır, çox inkişaf etmiş və çoxşaxəli münasibətlərimiz olan müttəfiqdir", - Kremlin sözçüsü vurğulayıb.