Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur Siyasət

Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur

Cənubi Qafqazda mövcud vəziyyət barədə də danışdıq.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur.

“Bu, regionda stabilliyin dərinləşməsinə və regionun potensialının inkişafına səbəb olacaq”, - o vurğulayıb.

Nazir qeyd edib ki, Gürcüstan regionda sabitliyə və təhlükəsizliyə töhfə vermək üçün əlindən gələni edəcək: "Gürcüstanın mövqeyi hər zaman belə olub. Əlbəttə ki, iki ölkə arasındakı münasibətlərdə müşahidə olunan tərəqqini alqışlayırıq".