DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib - VİDEO
Maka Boçorişvili: Gürcüstan və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əməl edir
Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur
Ceyhun Bayramov gürcü həmkarı ilə Qara dəniz ətrafında vəziyyəti müzakirə edib
19:02
217
"Azərbaycanın Ermənistana yüklərin tranzitinə icazə verməsindən sonra bu daşımalar Azərbaycan və Gürcüstanın nəqliyyat sistemləri vasitəsilə həyata keçirilir".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın Ermənistana bir sıra malların, ilk növbədə isə neft məhsullarının tədarükünə başlaması da Gürcüstanın nəqliyyat sistemi vasitəsilə həyata keçirilən tranzit hesabına mümkün olub:
“Gürcüstan Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda etimad quruculuğu tədbirlərinə və regionda yeni münasibətlərin formalaşmasına mühüm töhfə verir”.
Nazir bu töhfəyə görə Gürcüstan tərəfinə təşəkkür edib.