

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Moskva Vaşinqtonla dialoqu bərpa etməyə hazırdır, lakin təkcə sözlərə etibar etməyəcək.
Bunu TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
"Donald Tramp administrasiyası Rusiya ilə ikitərəfli münasibətləri bərpa etmək üçün müəyyən addımlar atır. Bu istiqamətdə ilk nəticələr onun əməli münasibətindən xəbər verir.
Onun sözlərinə görə, ABŞ faktiki olaraq bütün beynəlxalq münasibətlər sistemində böhrana səbəb olan sələflərinin bir çox stereotiplərini rədd edərək hadisələrə real baxış nümayiş etdirir.
Biz bu yanaşmanı alqışlayırıq və buna uyğunlaşmağa hazırıq. Amerikalıların həll yolları tələb edən yığılmış sistemli problemləri həll etməyə hazır olub-olmadığını zaman göstərəcək. Bu proses mürəkkəbdir və heç də sürətli deyil. ABŞ-la qarşılıqlı əlaqəmizin tarixi göstərir ki, şifahi təminatlara deyil, yalnız konkret hərəkətlərə və faktlara etibar etmək olar”.
Cavid