Türkiyənin AB üzvlüyü müzakirəsi dayandırılır Dünya

Türkiyənin AB üzvlüyü müzakirəsi dayandırılır

Avropa Parlamentinin Xarici İşlər Komitəsi Avropa Komissiyası və Avropa Birliyi ölkələrini Türkiyənin AB-yə daxil olması ilə bağlı danışıqları dayandırmağa çağırıb.
Avropa Parlamentinin Xarici İşlər Komitəsinin bu bəyanatı Türkiyə ilə bağlı illik hesabatında yer alıb.
Hesabatda AB-nin bu addımı bir müddət əvvəl Türkiyədə keçirilən referendumla və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölüm hökmünün bərpası çıxışı ilə əlaqədar atmalı olduğu bildirilib.
Qeyd edək ki, komitə üzvlərinin hamısı layihəni dəstəkləyiblər. Bu layihənin Avropa Parlamentinin iyulda keçiriləcək plenar iclasına çıxarılması planlaşdırılır.