

Tehran Yaxın Şərq ölkələrinin iştirakı ilə, ABŞ investisiyalarının da cəlb olunduğu uran zənginləşdirmə konsorsiumu yaratmağı təklif edib.
Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, bazar günü Omanda İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bu planı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa təqdim edib.
Bildirilir ki, İran bu təşəbbüsü Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi irəli sürür.
Qəzetin məlumatına əsasən, mümkün konsorsium iştirakçıları sırasında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.