Qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfə artıb
Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib - YENİLƏNİB-1
Nazir: 2018-ci illə müqayisədə cari ildə qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb
İqtisadiyyat naziri: ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunur
Qanunsuz ovlanmış nərə balıqlarının satışının qarşısı alınıb
18 May 19:51
7 952
İran prezidenti Məsud Pezeşkian ölkəsinin xarici siyasətdə verdiyi sülh mesajlarının Qərb tərəfindən diqqətdən kənarda qaldığını qeyd edərək, "Məqsədimiz hər kəsə dostluq və yoldaşlıq əli uzatmaq idi. Onlar dünyada İran əleyhinə bir zehniyyət yaratmaq və region ölkələrini bir-birinə qarşı qoymaq istəyirlər" deyib.
Xalqcebhesi.az xəbər verir ki, Tehran Dialoq Forumunun açılışında keçirilən paneldə qonaqlar qarşısında çıxış edən Pezeşkian bildirib ki, İsrailin Qəzzada törətdiyi soyqırım və müharibə cinayətlərini dayandırmaq üçün region ölkələri effektiv və birgə hərəkət etməlidir.
İslam ölkələri ortaq mövqe tutsaydı, İsrailin bu qədər asan cinayət törədə bilməyəcəyini ifadə edən Pezeşkian, "Biz İslam ölkələri günahkarıq. Bütün fikir ayrılıqlarımızı bir kənara qoyub bir-birimizi qəbul etməliyik. İslam ölkələri olaraq bir-birimizin haqqına hörmət etməli, bölgə xalqlarının hüquqlarını birlikdə müdafiə etməliyik. Bu halda cinayətlər asanlıqla baş verməyəcək" deyib.
Pezeşkian, "İsrailin bu gün etdikləri insanları evlərindən didərgin salıb öldürməkdən başqa bir şey deyil. Bütün insanların, heyvanların, bütün canlıların hüquqları var və biz onların hüquqlarını qorumalıyıq. Hər canlının yeri var və bu hüquqa məhəl qoyulmamalıdır, əks halda onun təsiri bizə qayıdacaq" deyib.
Məryəm Quliyeva
12:38
840
10:42
1 085
18 Noyabr 18:59
1 589