ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45
8 Yanvar 22:45
8 Yanvar 22:36
8 Yanvar 15:22
8 Yanvar 11:11
2 660
“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminə baxışını aydın şəkildə ortaya qoyur”.
Bunu politoloq Yusif Bağırzadə “Xalqcəbhəsi.az”-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Prezidentin beynəlxalq hüququn müasir münaqişələrdə effektivliyinin məhdud olması ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə Qarabağ nizamlanması kontekstində mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin təxminən 30 il icra olunmaması beynəlxalq hüququn icra mexanizmlərinin faktiki olaraq işləmədiyini göstərdi. Siyasi iradənin olmaması bu sənədləri formal bəyanat səviyyəsinə endirmişdi.Beynəlxalq hüquq normativ baxımdan mövcud olsa da, onun tətbiqi real güc və siyasi mexanizmlərlə dəstəklənmədikdə uzunmüddətli münaqişələrin qarşısını almaq mümkün olmur.
Y.Bağırzadə Prezident İlham Əliyevin BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadını da xüsusi vurğulayıb: “Azərbaycan ədaləti bərpa edərkən beynəlxalq hüquqa zidd addım atmadı, əksinə, özünümüdafiə hüququndan istifadə etdi. Lakin bu hüquqi arqumentlər yalnız hərbi-siyasi reallıq formalaşdıqdan sonra beynəlxalq ictimaiyyət tərəfindən qəbul olundu”.
Onun fikrincə, Prezidentin “müharibə keçmişdə qalıb” mesajı ordunun gücləndirilməsi siyasəti ilə ziddiyyət təşkil etmir:“Beynəlxalq hüququn təhlükəsizlik zəmanəti vermədiyi bir şəraitdə güclü ordu dövlətin suverenliyinin əsas təminatıdır. Güclü hərbi potensial xarici təzyiqlərin qarşısını almaqda mühüm rol oynayır.Qarabağ nümunəsi qlobal nizamın transformasiya mərhələsində olduğunu göstərir və mövcud reallıqlarda hüquqi normalar faktiki güc balansı ilə tamamlanmalıdır.
Günel Elxan
8 Yanvar 22:45
875
8 Yanvar 22:36
896
8 Yanvar 15:53
1 505