ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45
8 Yanvar 22:45
8 Yanvar 22:36
8 Yanvar 15:22
8 Yanvar 11:58
1 183
2022–2025-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə birgə icra olunan “Azərbaycanda pambıq istehsalında torpaq, qida maddələri və su ilə bağlı ağıllı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi” layihəsi uğurla başa çatıb.
Layihənin icrası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda həyata keçirilib. İcra müddətində pambıq istehsalında torpaq və su resurslarından səmərəli istifadə, gübrələmə və suvarma proseslərinin optimallaşdırılması, iqlimə dayanıqlı və məhsuldar aqrotexniki yanaşmaların tətbiqi istiqamətində mühüm elmi-praktik nəticələr əldə olunub.
Layihənin uğurla tamamlanması münasibətilə onun icrasında göstərdikləri fəal iştirak və verdikləri töhfələrə görə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elçin Xəlilov və Mil Təcrübə Stansiyasının müdiri Səxavət Məmmədov Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təltif olunublar.
Layihə çərçivəsində AEBA-nın dəstəyi ilə institutun maddi-texniki bazası gücləndirilib, torpaq, bitki və su analizlərinin aparılması üçün müasir avadanlıqlar tətbiq edilib, yerli və xarici pambıq sortları üzrə təcrübə əkinləri təşkil olunub. Eyni zamanda fermerlər və mütəxəssislər üçün maarifləndirici tədbirlər və tarla seminarları keçirilib.
Layihənin yekunlaşması pambıqçılıq sahəsində elmi əsaslı yanaşmaların genişlənməsi, torpaq və su resurslarının qorunması, eləcə də dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu təşəbbüs Azərbaycan ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında səmərəli əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir.
Cavid
08:21
441
8 Yanvar 21:16
1 043
8 Yanvar 19:41
1 064