ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45
8 Yanvar 22:45
8 Yanvar 22:36
8 Yanvar 15:22
8 Yanvar 11:37
1 029
Livan ordusu ölkənin cənubunda silahlara nəzarəti tamamilə ələ keçirdiyini elan edib.
APA “Reuters“ə istinadən xəbər verir ki, ordu nəzarətin bərpasına baxmayaraq, hələ də partlamamış silah-sursat və tunellərın təmizlənməsi üçün görüləsi işlərin hələ çox olduğunu bildirib.
Ordu əlavə edib ki, İsrailin nəzarəti altında olan bölgələrdən başqa Livanın cənub bölgəsində silahlara tam nəzarət bərqərar edilib.
Məlumatda Hizbullahın adı çəkilməsə də, ölkənin sözügedən hissəsində bu qruplaşmaya məxsus hərbi texnikanın mövcudluğu sirr deyil.
Qeyd edək ki, Livan ordusu ölkənin cənubunda-İsraillə sərhəddə mövcud olan və ordunun nəzarətində olmayan hərbi texnikanı oradan çıxarmaqla bağlı ötən ilin sonuna qədər işlərin tamamlanacağını elan etmişdi.
Livan təhlükəsizlik mənbələri “Reuters“ə verdikləri məlumatda bundan sonra heç bir təşkilatın və ya qruplaşmanın Livanın cənub ərazisindən hücumlar həyata keçirə bilməyəcəyini qeyd ediblər.
Xatırladaq ki, ABŞ və İsrail tərəfi Livan hökumətindən Hizbullahın tərksilah edilməsini tələb etsə də, hökumət hələ də bu işin öhdəsindən gələ bilməyib.
8 Yanvar 23:00
903
8 Yanvar 22:59
987
8 Yanvar 22:12
980