ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45
8 Yanvar 22:45
8 Yanvar 22:36
8 Yanvar 15:22
8 Yanvar 10:25
931
Çinin aerokosmik şirkəti Space Epoch təkrar istifadə edilə bilən maye yanacaqla işləyən raketlərin istehsalı və sınaqdan keçirilməsi üçün Çinin ilk dəniz bazasının tikintisinə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə geliştiricinin "WeChat" hesabında dərc etdiyi açıqlamada bildirilib.
Baza Çinin şərqindəki Hançjou şəhərinin Qiantang rayonunda yerləşir. İnfrastruktur sahələrinə investisiyaların həcmi 5,2 milyard yuan (təxminən 743 milyon dollar) təşkil edir.
İlkin mərhələdə 7,2 hektar ərazini əhatə edəcək. Burada orta və böyük dəniz əsaslı raketlərin tədqiqi, istehsalı, yığılması, sınaqdan keçirilməsi, təmiri və təkrar istifadəsi həyata keçiriləcək. Baza ildə 25-ə qədər raket buraxılışı həyata keçirə biləcək.
2025-ci ilin may ayında Space Epoch startapı Şandun əyalətinin sahillərindəki sulara şaquli olaraq enən Yuanxingzhe-1 təkrar istifadə edilə bilən raketinin ilk sınaq buraxılışını uğurla həyata keçirib.
Məryəm Quliyeva
8 Yanvar 23:00
896
8 Yanvar 22:59
980
8 Yanvar 22:12
980