

3 İyun 17:28
Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri – Vladimir Medinski və Rustem Umerov nümayəndə heyətləri arasında rəsmi danışıqlar başlamazdan əvvəl 2,5 saat davam edən ikitərəfli görüş keçiriblər.
APA xəbər verir ki, bu barədə "TASS" mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, həmin görüş sonrakı danışıqların səmərəli aparılmasına zəmin yaradıb.
“Danışıqlardan əvvəl Medinski və Umerov arasında ikitərəfli görüş baş tutdu, bu görüş 2,5 saat davam etdi. Bu, sonrakı müzakirələrin gedişatına müsbət təsir göstərdi”, – deyə mənbə qeyd edib.
Vladimir Medinski də Umerovla görüşünü təsdiqləyib və bu görüşün ümumi danışıqlar sessiyasına hazırlıq baxımından mühüm rol oynadığını vurğulayıb.