Lavrov: Putinlə Tramp arasında münasibətlər işgüzardır Dünya

Lavrov: Putinlə Tramp arasında münasibətlər işgüzardır

Rusiya və ABŞ artıq Bayden administrasiyası dövründəkindən daha normal vəziyyətdədir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Donald Tramp arasında münasibətlər işgüzardır.

"Telefon danışıqları zamanı Putin və Tramp dərhal problemlərin mahiyyətini müzakirə edirlər", - Rusiya XİN başçısı vurğulayıb.