

Yaponiya və Cənubi Koreya liderləri “ciddi strateji mühitində sabit ikitərəfli münasibətlərin qurulması” barədə razılığa gəliblər.
Xalqcebhesi.az Kyodo agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri İşiba Şigeru ötən həftə Cənubi Koreya Prezidenti vəzifəsini icra etməyə başlayan Li Cae Myonq ilə telefonla danışıb.
Liderlər arasında ilk təmas olaraq qeydə alınan 25 dəqiqəlik söhbət zamanı İşiba və Li, “ciddi strateji mühitdə iki ölkə arasında sabit münasibətlərin qurulması” barədə razılığa gəliblər.
Qlobal çağırışlar qarşısında liderlər səviyyəsində ünsiyyətin əhəmiyyətini vurğulayan tərəflər, Şimali Koreya da daxil olmaqla “regional məsələlərdə əməkdaşlıq ümidini” ifadə ediblər.
“Daha güclü və daha yetkin Yaponiya–Cənubi Koreya münasibətlərinin” qurulması barədə razılığa gələn İşiba və Li, ABŞ-la üçtərəfli əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar və yaxın vaxtda üzbəüz görüşmək istəklərini bir-birilərinə çatdırıblar.
Məryəm Quliyeva