

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Xarkova hava hücumu nəticəsində 1 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, Zelenski sosial şəbəkədə verdiyi açıqlamada deyib: “Hazırkı məlumata görə, Xarkovda Rusiyanın hava hücumu nəticəsində 40-dan çox insan yaralanıb, 1 nəfər isə həyatını itirib. Bunu görməzlikdən gələ bilmərik. Buna göz yuma bilmərik. Bu bir oyun deyil. Rusiya toxunulmazlıq hiss etdiyi üçün hər gün insanlarımızı itiririk.”
O, hücumda mülki şəxslərin və hətta uşaqlar üçün nəzərdə tutulmuş bir qatar parkının hədəf alındığını qeyd edərək, Rusiyanın Xarkova qarşı “terror hücumu” həyata keçirdiyini vurğulayıb.
Məryəm Quliyeva