“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
“İMZA” İctimai Birliyi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
İran sülh cavabını Pakistan vasitəsilə ABŞ-a göndərib
Tramp Netanyahunu əmin etdi: İranla uran məsələsində güzəşt olmayacaq
Dövlət başçısı: İkinci Qarabağ müharibəsi zamanı bizə təzyiqlər nəticə vermədi
Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb - YENİLƏNİB
9 İyun 2025 17:33
2 933
NATO-nun döyüş təyyarələri müasirləşdirilmiş Rusiya bombardmançısı Tu-160-a qarşı effektiv müqavimət göstərə bilməyəcək. Bu barədə The National Interest qəzeti yazır.
Xalqcebhesi.az xəbər verir ki, qəzetin məlumatına görə, Rusiya istehsalı olan bu təyyarə həm adi, həm də nüvə silahı daşımaq qabiliyyətinə malikdir. Bundan əlavə, Tu-160 hazırda Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyat" çərçivəsində fəal şəkildə istifadə olunur.
The National Interest, Tu-160-ı ABŞ-ın B-1 bombardmançısı ilə müqayisə edərək qeyd edir ki, Rusiya təyyarəsi daha sürətli, daha iri və daha ağırdır.
“Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezovun sözlərinə görə, Tu-160-ın yeni versiyası müasir silah sistemləri, mühərriklər və aviasiya texnologiyaları ilə təchiz olunacaq ki, bu da onu müasir döyüş şəraitində daha səmərəli edəcək.
Qəzet əlavə edir ki, Rusiyanın Hava-Kosmik Qüvvələrinin arsenalında hələ də dəyərli aktiv sayılan Tu-160 təyyarəsi 2000 km/saatdan yüksək sürətə çata bilir.
Məryəm Quliyeva