Kobaxidze: Avropa səfirlərini Gürcüstanda nifrəti qızışdırmaqdan çəkinməyə çağırırıq Dünya

Kobaxidze: Avropa səfirlərini Gürcüstanda nifrəti qızışdırmaqdan çəkinməyə çağırırıq

“Biz hər kəsi, o cümlədən Avropa səfirlərini Gürcüstanda nifrəti qızışdırmaqdan çəkinməyə çağırırıq, bu, gürcü cəmiyyətinə həqiqətən də lazım deyil”.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
"Təəssüf ki, biz Avropa bürokratiyasından (nifrətə) cəsarətləndirici addımlar görürük, bu, çox pisdir, hətta səfirlər belə bunda iştirak edirlər. Gürcüstan cəmiyyətinə sülh lazımdır və nifrətə son verilməsi lazımdır. Biz hər kəsi, o cümlədən Avropa səfirlərini Gürcüstanda nifrət və ixtilafın qızışdırılmasından çəkinməyə çağırırıq, bu cəmiyyətimizə sülh və qarşılıqlı sağlam münasibətə ehtiyacı var”, - Kobaxidze deyib.