20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
15 Dekabr 2025 14:13
2 317
Uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Məsələ ilə bağlı xalqcebhesi.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bununla bağlı zaman-zaman müzakirələr gedib, amma ilkin təkliflər ondan ibarət idi ki, atalıq məzuniyyəti deyilən bir anlayış əgər Əmək Məcəlləsinə əlavə olunacaqdısa, bu, ödənişli olmayacaqdı: “Amma sonra bununla bağlı müzakirələr zamanı bildirildi ki, burada hər hansı bir ayrı-seçkiliyin olunması yol verilməzdir. Çünki bir halda ki, əgər cəmiyyətin özəyini ailə institutu təşkil edir və ailə də konstitusion olaraq dövlətin qoruması altındadır, o zaman vətəndaş atalıq məzuniyyətindən istifadə etmək istədikdə ona mütləq şəkildə ödənişli əsasla məzuniyyətin verilməsi şərtdir”.
Hüquqşünas hesab edir ki, 14 gün kifayət qədər az müddətdir: “Atalıq məzuniyyətinin 7 gün doğuşdan öncə və yaxud birdəfəlik 21 gün və ya 1 ay müddətində ödənişli əsaslarla verilməsi daha doğru olar. Bu səbəbdən də bir müddətdən sonra hətta bu hüquqdan istifadə etməkdən imtina edən valideynlərə belə istifadə etmədiyi məzuniyyət müddətinin ödənişinin verilməsinin qanunvericiliyə əlavə olunması şərtdir. Eyni zamanda, vətəndaşın atalıq hüququndan istifadəsini onun ümumi əmək məzuniyyəti ilə birgə götürülməsi barədə də qanunvericiliyə əlavənin və ya düzəlişin olunmasını bir hüquqşünas olaraq məqbul hesab edirəm”.
Röya İsrafilova
20 İyul 17:47
1 092
20 İyul 17:17
1 869
20 İyul 15:49
1 267