Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
17 İyun 10:05
5 656
“Hazırda İsrail və İran arasında baş verən hava hücumları yalnız bu iki ölkəni əhatə edir. İndi İsrail və İran arasında baş verən silahlı qarşıdurma klassik mənada müharibə kimi dəyərləndirilmir. Tərəflərin quru əməliyyatlar keçirməməsi və aralarında birbaşa sərhəd bağlantısının olmaması bu vəziyyəti genişmiqyaslı müharibə olma şansını azaldır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
M.Cəfərov əlavə edib ki, bu müharibədə konkret işğal və ya qələbə faktoru müşahidə olunmur, əsas hədəf bir-birini iqtisadi və siyasi baxımdan zəiflətməkdir: “Bütün hallarda tərəflərin bəzən birbaşa mülki obyektləri hədəfə alması, beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurmalı və hər iki ölkə danışıqlara çağırılmaldır. Düşünürəm ki, bu qarşıdurma da keçənilki gərginliklərə bənzəyir və bu dəfə daha uzunmüddətli və dağıdıcı ola biləcəyinə inanmıram”.
Deputatın sözlərinə görə, müharibənin hər iki tərəfin iqtisadiyyatına və sosial sabitliyinə zərər vurması, ictimai narazılıqların artması səbəbilə tezliklə razılaşmaya gələcəkləri ehtimal olunur: “Əks halda, bu hal bölgədə yalnız regional deyil, qlobal nəticələr doğuracaq proseslərin başlandığıcı ola bilər. İran Azərbaycanın qonşusudur. Bu ölkə milyonlarla etnik azərbaycanlının vətənidir, İsrail isə Azərbaycanın tərəfdaşıdır. Dövlətimiz hər iki ölkəni sabitliyə və sülhə çağırır”.
Röya İsrafilova
15 Noyabr 13:58
6 034
14 Noyabr 16:16
1 939
14 Noyabr 15:57
2 205