Türkiyə Prezidentinin administrasiyası Bakıdakı hərbi paraddan görüntülər paylaşıb
Bakıda hərbi paradda "JF-17" çoxməqsədli qırıcı təyyarələr nümayiş olunub
Bakıda hərbi paradda Türkiyənin F-16 təyyarələri uçuş həyata keçirib
Türkiyə Prezidenti: Azərbaycanla birliyimiz daha da güclənəcək
Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid edib - FOTO
23 İyun 08:16
1 589
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Birləşmiş Ştatlar İrana qarşı hərəkətləri ilə Pandora qutusunu açıb və bunun hansı nəticələrə gətirib çıxara biləcəyi bəlli deyil.
O, Amerikanın İranın nüvə obyektlərinə zərbələri ilə bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib: “ABŞ öz hərəkətləri ilə Pandoranın qutusunu açıb və bunun hansı yeni nəticələrə səbəb ola biləcəyini heç kim bilmir”.
Nebenzya “ABŞ-ın İran obyektlərinə gecə zərbələri endirməsi ilə daha da gərginləşən Yaxın Şərqdə vəziyyətin son dərəcə təhlükəli inkişafına” işarə edib.
"Rusiya Amerika Birləşmiş Ştatlarının suveren dövlət və Birləşmiş Millətlər Təşkilatının üzvü olan İran İslam Respublikasına qarşı törətdiyi məsuliyyətsiz, təhlükəli və təxribat xarakterli hərəkətlərini qəti şəkildə pisləyir”.
Cavid