NATO müttəfiqləri hərbi xərcləri artırmaq barədə razılığa gəliblər Dünya

NATO müttəfiqləri hərbi xərcləri artırmaq barədə razılığa gəliblər

NATO müttəfiqləri hərbi xərcləri artırmaq barədə razılaşıblar.

APA xəbər verir ki, bu barədə NATO-nun Haaqa sammitinin yekun bəyanatında bildirilib.
Müttəfiqlər 2035-ci ilə qədər ümumi daxili məhsulun 5%-nin müdafiə xərclərinə sərf olunması ilə bağlı razılığa gəliblər.

Birgə bəyanatda “Rusiyadan və terrorizmdən gələn təhdidlərə qarşı” alyans üzvlərinin həmrəy olduğu vurğulanır.

Bəyannamədə əlavə olaraq, NATO ölkələrinin 2029-cu ildə hərbi investisiyaların parametrlərinə yenidən baxılacağı da qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl NATO-ya üzv ölkələrin hərbi xərclərə ayırmalı olduğu büdcə ümumi daxili məhsulun sadəcə 2%-ni təşkil etməli idi.