Tramp: İrana zərbələrimiz dağıdıcı idi, müharibə davam etməyəcək Dünya

Tramp: İrana zərbələrimiz dağıdıcı idi, müharibə davam etməyəcək

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında müharibənin davam etməyəcəyini deyib.

APA xəbər verir ki, Tramp NATO sammitindən sonra mətbuata verdiyi açıqlamalarda müharibənin bitdiyini və ölkələrin bir-birinə hücum etməyəcəyini düşündüyünü bildirib.
“Düşünürəm ki, zərbələrimiz dağıdıcı idi. Xirosima və Naqasakiyə baxdıqda deyə bilərik ki, o hücumlar da müharibənin bitməsinə rol oynadılar. Amma bu müharibə fərqli yolla bitirildi”, - Tramp qeyd edib.

O əlavə edib ki, hücumlardan əvvəl İranın öz uran ehtiyatını təsisatlardan başqa yerlərə köçürdüyü xəbərlərinə inanmır.